Modern.az

Hindistanda su altında qalmış 500 illik məbəd üzə çıxıb

Hindistanda su altında qalmış 500 illik məbəd üzə çıxıb

28 İyun 2020, 18:04

Hindistanın şərqindəki Odişa ştatının sakinləri qeyri-adi hadisənin şahidi olublar. Təxminən iki yüz il əvvəl su altında qalmış qədim hindu məbədi yenidən suyun üzünə qalxıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, beş yüz il əvvəl Vişnu tanrısının şərəfinə tikilmiş məbəd vaxtilə Mahanadi çayının sahilində yerləşib. XVIII əsrdə güclü yağışların nəticəsində çay öz məcrasını dəyişir və məbəd də daxil olmaqla, yaxınlıqda olan bir neçə kənd bütünlüklə suya qərq olur.

Bu illər ərzində yerli sakinlər artıq onun yerini xatırlamırdılar, Hindistanın Milli İncəsənət və Mədəni İrs Fondunun (INTACH) axtarışları isə heç bir nəticə vermirdi.      

Bir neçə gün öncə Mahandi çayının səviyyəsi çox aşağı düşdüyündən, çayın sithində memarlıq abidəsinin baş ucundakı mil görünməyə başlayıb. Məlum olub ki, məbəd tamamilə çay çöküntələri altında qaldığı üçün onu tapmaq mümkün olmayıb.     

“INTACH” mütəxəssisləri məbədin 18 metr hündürlüyündə olduğunu bildirirlər. Məbəd vaxtilə Satapatana adlanan yeddi kəndin mərkəzində yerləşirmiş. Fəlakətli daşqın zamanı sakinlər evlərini və məbədi tərk ediblər. Amma onlar məbəddən Vişnu tanrısının bütünü götürməyə nail olublar. Həmin büt 1855-ci ildə inşa edilmiş yeni məbədə qoyulub.

Alimlər məbədin yaxşı vəziyyətdə qaldığını güman edirlər. Onların fikrincə, çaydakı lil memarlıq abidəsinin dağılmasının qarşısını alıb.       

 

Twitter
Sizə yeni tvit var
Keçid et