Azərbaycanda son 24 saatda koronavirusla bağlı daha 7 106 nəfər test edilib.
TƏBİB-dən Modern.az-a verilən məlumata görə, indiyədək ölkədə 468 967 nəfər koronavirusa qarşı test edilib.
Ölkədə 534 yeni yoluxma, 5 ölüm qeydə alınıb.
Qeyd edək ki, indiyədək ölkəmizdə 16 424 nəfər virusa yoluxub, 198 nəfər ölüb, 9 026 nəfər isə sağalıb. Hazırda müalicəsi davam edən xəstələrin sayı 7 200 nəfərdir.
Məlumata görə, hazırda reanimasiyada 209 nəfər müalicə alır, 36 nəfər isə süni tənəffüs cihazına qoşulub.