Türkiyədə son sutka ərzində daha 15 nəfər koronavirusdan ölüb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 5 097 nəfərə çatıb:
"Bu gün ölkədə koronavirus testindən keçən 48 309 nəfərdən 1 336-nın cavabı pozitiv çıxıb. Bununla da yoluxanların ümumi sayı 197 239 nəfərə çatıb. İndiyədək 170 595 nəfər koronavirusdan müalicə olunub".
Müalicə olunan 1 413 xəstə isə bu gün evə buraxılıb.