Modern.az

Ziyafət zamanı qonaqlara atəş açılıb: 4 ölü

Ziyafət zamanı qonaqlara atəş açılıb: 4 ölü

28 İyun 2020, 23:32

Braziliyanın Rio-de-Janeyro şəhərində ziyafət zamanı atışma nəticəsində 4 nəfər ölüb.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki,  hadisə nəticəsində daha 11 nəfər yaralanıb.



Məlumata görə, hadisə bazar günü gecə meqapolisin şimalında baş verib. Koronavirus epidemiyası ilə əlaqədar kütləvi tədbirlərin qadağan olmasına baxmayaraq, yerli sakinlər gecəqondu ərazilərdə ənənəvi yay tətillərinin şərəfinə bir ziyafət təşkil ediblər. Şahid ifadələrində bildirilib ki, həmin əraziyə maşınla gələn naməlum şəxslər insanlara atəş açmağa başlayıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı istintaq başladılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et