Modern.az

Pakistanda koronavirusa yoluxanların sayı 200 mini keçib

Pakistanda koronavirusa yoluxanların sayı 200 mini keçib

28 İyun 2020, 23:49

Pakistanda son sutkada koronavirusa yoluxanların sayı daha 4 min nəfər artaraq 200 mini ötüb.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, indiyədək ölkədə təxminən 4 min nəfər vəfat edib. Virusa yoluxan 92 min nəfər isə sağalıb.


Qeyd edək ki, Çin hakimiyyəti 31 dekabr 2019-cu il tarixində Vuhan şəhərində pnevmoniya xəstəliyinin yayılması barədə məlumat verib. Xəstəliyin törədicisi, COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirus SARS-CoV-2-dir. Daha sonra martın 11-də ÜST yeni koronavirusun yayılmasını pandemiya adlandırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et