Modern.az

Magistraturaya qəbul üçün keçid balları AÇIQLANDI

Magistraturaya qəbul üçün keçid balları AÇIQLANDI

Aktual

29 İyun 2020, 15:43

Dövlət İmtahan Mərkəzi «Magistr» jurnalının 5-ci nömrəsini dərc edib.

 

Mərkəzdən Modern.az-a verilən məlumata görə, jurnalın bu nömrəsində 2020/2021-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul olunanların siyahısı, ixtisaslaşmalar üzrə minimal keçid balları, o cümlədən dövlət sifarişi üzrə müsabiqə nəticəsində formalaşmış keçid balları və digər zəruri məlumatlar dərc olunub:

 

"Bakalavrların nəzərinə çatdırırıq ki, magistr proqramları (ixtisaslaşmaları) üzrə boş qalan yerlərin siyahısı və həmin yerlərin müsabiqəsində iştirak etmək üçün elektron ixtisas seçimi haqqında elan 2020-ci ilin iyul ayında DİM-in internet saytında və “Magistr” jurnalının növbəti sayında təqdim ediləcək".

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər