Modern.az

Bərdədə ağac kəsən şəxs CƏRİMƏLƏNDİ

Bərdədə ağac kəsən şəxs CƏRİMƏLƏNDİ

Aktual

30 İyun 2020, 17:11

Bərdə Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən rayonun ərazisindəki Aslan-Əyricə meşəbəyliyinin 17 saylı dolayında müxtəlif cinsli dörd ağacın kəsilməsi faktı aşkar edilib.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Mətbuat xidmətindən Modern.az-a bildirilib ki, araşdırma zamanı ağacların Bərdə rayonu Qaradağlı kənd sakini Natiq Əhmədov tərəfindən kəsildiyi müəyyən olunub.

 

Faktla bağlı akt, protokol tərtib olunub və N.Əhmədov 1435 manat məbləğində cərimə edilib.

 

ETSN Bərdə əhalisinə müraciət edir ki, cərimə edilən bu şəxsin və digərlərinin meşələrdə ağaclara belə münasibət bəsləməsinə biganə qalmasınlar, həmkəndlilərini ağac kəsməkdən çəkindirsinlər, tənbeh etsinlər, qınasınlar ki qiymətli meşə sərvətimiz davamlı olaraq qorunsun.

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU