Bəzən özəl xəstəxanalarda kompyüter tomoqrafiyasından keçmiş şəxslərlə bağlı məlumatlar bizə gec daxil olur.
Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qəragahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı özəl xəstəxanalara irad bildirərkən deyib.
R.Bayramlı qeyd edib ki, özəl xəstəxanalara müraciət edərək, onları həmrəyliyə çağırıb:
"Çünki bəzən xəstələr qansa saturasiyanın 50-yə düşməsilə bizə daxil olur. Bu halda onları dərhal tənəffüs aparatına qoşmaq lazım gəlir. Əks halda xəstəni itirə bilərik".