Modern.az

Xarici işlər naziri koronavirusa YOLUXDU

Xarici işlər naziri koronavirusa YOLUXDU

Aktual

3 İyul 2020, 20:16

Pakistanın Xarici İşlər naziri Şah Mahmud Qureyşi yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Modern.az  xəbər verir ki,  bu barədə nazir “Twitter”də məlumat verib.

O, bu gün səhər hərarətinin artdığını bildirib: “Dərhal evimdə karantin elan etdim. COVID-19 testim pozitiv çıxıb”.

Nazir vəzifəsini evdən icra edəcəyini vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Pakistan parlamentinin spikeri Əsəd Qeysərdə, Sind vilayətinin qubernatoru İmran İsmayılda, Pakistan Xalq Partiyasının lideri Səid Qənidə və Dəmir Yolu naziri Şeyx Rəşiddə koronavirus aşkarlanıb və onlar sağalıblar. Lakin bir sıra siyasətçilər, o cümlədən Bəlucistanın qubernatoru Sayed Fazal Ağa və Sind vilayətinin Yaşayış Məntəqəli üzrə naziri Qulam Mürtəza Bəlux koronavirusdan vəfat ediblər.

Xatırladaq ki, son məlumatlara görə Pakistanda 223 mindən çox insan koronavirusa yoluxub, xəstəliyə yoluxanlardan 4.5 mindən çoxu vəfat edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi