Modern.az

Avstriyada uçqun oldu: ölənlər var

Avstriyada uçqun oldu: ölənlər var

Aktual

8 İyul 2020, 20:51

Avstriyanın Ştiriya əyalətindəki dağlıq bölgədə yerləşən və mühüm turizm bölgələrindən olan Barenşutzklamm dərəsində baş verən uçqun nəticəsində dağa qalxan turistlərdən 2-si ölüb, 8-i isə yaralanıb.

Modern.az xəbər verir ki, bu gün günorta saatlarında meydana gələn hadisə nəticəsində Macarıstandan olan 50 yaşlı turist və yaxınlıqdakı Qraz şəhərindən 21 yaşlı gənc dünyasını dəyişib. Yaralılardan birinin vəziyyəti ciddidir.

Hadisə yerinə xilasedicilər, polis və Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin nümayəndələri cəlb edilib.

Ştiriya Xilasetmə Xidmətinin rəhbəri turistlərin ən çətin yamacda yürüş etdiklərini, bu səbəbdən də xəsarət alanların çox olduğunu bildirib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir