Modern.az

Bu rayonlarda mal-qara oğurlayanlar SAXLANILDI

Bu rayonlarda mal-qara oğurlayanlar SAXLANILDI

9 İyul 2020, 12:38

Göygöl və Samux rayonlarında mal-qara oğurlanıb.

 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, Göygöl və Samux Rayon Polis Şöbələrinin birlikdə keçirdikləri əməliyyat-axtarış tədbirlər nəticəsində Göygöl rayon Yeni Zod kəndində yaşayan Səfiyəddin Vəliyevə məxsus ümumi dəyəri 1 000 manat olan, 2 baş iribuynuzlu heyvanı oğurlamaqda şübhəli bilinən,  Samux rayon sakinləri- 33 yaşlı  Elman Rüstəmov, 26 yaşlı Nemət Dərgahov, 30 yaşlı Tural Süleymanov və 28 yaşlı Elvin Məmmədov saxlanılıblar.

 

İlkin dindirilmə zamanı saxlanılan şəxslər törətdiklər cinayət hadisəsini etiraf edərək vətəndaşa məxsus heyvanları satmaq məqsədi ilə oğurladıqlarını bildiriblər.

 

Davam etdirilən istintaq-əməliyyat tədbirləri zamanı müəyyən olub ki, Elvin Məmmədov və Tural Süleymanov cari ilin may ayının 12-də həmyerliləri 24 yaşlı Əli Mehdizadə və 34 yaşlı Tural Qədimov ilə birlikdə  Samux rayon sakini olan M.Mehbalıyevaya qarşı soyğunçuluq cinayətini də törədiblər.

 

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?