Modern.az

5 azyaşlı uşaq və hamilə qadın Dağıstandan Azərbaycana GƏTİRİLDİ

5 azyaşlı uşaq və hamilə qadın Dağıstandan Azərbaycana GƏTİRİLDİ

9 İyul 2020, 14:25

Azərbaycan-Rusiya sərhəddindəki müvəqqəti saxlanma sığınacağında qalan 5 azərbaycanlı azyaşlı və hamilə qadın vətənə dönüb.

Modern.az xəbər verir ki, bu barədə Dağıstanın insan haqları üzrə müvəkkili Marina Yejova açıqlama verib.

“Azərbaycan vətəndaşları üçün yaradılmış çadır düşərgəsində azyaşlıların olması barədə məlumat verildi. İsti hava və infeksiya təhlükəsi fonunda bu düzgün deyildi. Düşərgədə 5 azyaşlı uşaq və hamilə qadın var idi, uşaqlardan biri ağır əməliyyat keçirmişdi. Operativ şəkildə onları Azərbaycana göndərə bildik”.

 

 Xatırladaq ki, Dərbənd meri Fuad Şixiyev hazırda 500-dən çox azərbaycanlının Kullar kəndindəki düşərgədə qaldığını söyləyib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi