Modern.az

Koronavirusa qarşı yeni dərmanlar tapıldı

Koronavirusa qarşı yeni dərmanlar tapıldı

9 İyul 2020, 14:58

Cənubi Florida Universitetinin alimləri və onların Arizona Universitetindən olan həmkarları "SARS-CoV-2"yə qarşı bir neçə potensial dərman tapıblar.

 

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, aşkarlanmış birləşmələr insanın hüceyrələrində koronavirusun replikasiyasını dayandıra bilər.

 

Tədqiqatçılar müəyyən ediblər ki, "FDA" tərəfindən təsdiqlənmiş hepatit C virusuna qarşı tətbiq edilən "boceprevir" dərmanı və viruslara qarşı istifadə olunan "GC-376" dərmanı virusun yayılmasında və yeni hüceyrələrin yoluxmasında əsas rol oynayan "Mpro" proteazını hədəf alır. Mütəxəssislər uzun müddətdir ki, "Mpro"nu "SARS" və "MERS"ə səbəb olan "SARS-CoV-2"yə genetik cəhətdən oxşar viruslara qarşı yönəlmiş dərmanların hədəfi kimi qəbul edirlər.

 

"GC-376" yoluxucu peritonitə səbəb olan ölümcül koronavirusa yoluxmuş pişiklərin müalicəsi üçün potensial dərmandır.

 

Koronavirusa qarşı dərmanlar arasında həmçinin "calpain II" və "calpain XII" inhibitorları da yer alıblar.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi