Modern.az

Elmar Məmmədyarov istefa verəcək? - Nazirdən AÇIQLAMA

Elmar Məmmədyarov istefa verəcək? - Nazirdən AÇIQLAMA

10 İyul 2020, 14:36

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizlik Xidmətinin iyulun 3-də XİN-də keçirdiyi əməliyyat nəticəsində qurumun üç vəzifəli şəxsi həbs olunub.

 

Modern.az xəbər  verir ki, Unikal.org-a açıqlamasında Xarici İşlər naziri Elmar Məmmədyarov baş verənlərə təəssüfləndiyini bildirib:

 

"Bu haqda danışmaq istəmirəm, çünki istintaq sirridir. Mənim açıqlamam istintaqın gedişinə təsir edə bilər. Həbslərə gəlincə, çox təəssüflənirəm. İstefa verəcəyimlə bağlı deyilənlərə şərh vermək fikrim yoxdur".

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu