Modern.az

Lökbatanda 33 yaşlı şəxs qarnından bıçaqlandı

Lökbatanda 33 yaşlı şəxs qarnından bıçaqlandı

16 İyul 2020, 00:43

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Modern.az  xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü Əhmədov Rəfail Nizami oğlu tanımadığı şəxs tərəfindən bıçaq zərbələri alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı onun qarın boşluğunda kəsilmiş-deşilmiş bıçaq yaraları aşkarlanıb.

R. Əhmədov əməliyyat olunub. Faktla bağlı araşdırma aparılır. (Report)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et