Modern.az

Samuxda ferma yandı - 1 nəfər xəsarət aldı

Samuxda ferma yandı - 1 nəfər xəsarət aldı

16 İyul 2020, 09:12

Samux rayonunun Sarıqamış kəndində ferma ərazisinə yığılan 4278 ton ot bağlamasının 2278 tonu yanıb.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, yanğın zamanı 1 nəfər xəsarət alıb.

 

Ot bağlamalarının qalan hissəsi və yaxınlıqda yığılan digər ot bağlamaları yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et