Modern.az

“Azərbaycan tankları düşmənin vura biləcəyi nöqtədə deyil” - Müdafiə Nazirliyi

“Azərbaycan tankları düşmənin vura biləcəyi nöqtədə deyil” - Müdafiə Nazirliyi

16 İyul 2020, 11:02

“Ermənilər Azərbaycana məxsus heç bir tankı vurmayıb”.

Modern.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Ermənistan Müdafiə nazirinin mətbuat katibi Şuşan Stepanyanın guya erməni hərbi birləşmələrinin Azərbaycana tankını vurması barədə məlumatı şərh edərkən deyib.

 

“Bu, dezinformasiyadır. Bütün Azərbaycan tankları qaydasındadır. Azərbaycan hərbi qüvvələrinin hərbi texnikası ön xətdə deyil. Azərbaycan tankları düşmən bölmələrinin vura biləcəyi nöqtədə deyil”- deyə o bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et