Modern.az

Bakı Tekstil Fabriki Naftalan sakinlərinə tibbi maska paylayıb

Bakı Tekstil Fabriki Naftalan sakinlərinə tibbi maska paylayıb

16 İyul 2020, 11:58

Koronavirus (COVID-19) pandemiyasının  yayılmasını nəzərə alaraq infeksiyaya qarşı genişmiqyaslı mübarizə tədbirlərinə dəstək verilməsi və sosial həmrəylik nümayiş etdirilməsi məqsədilə Naftalan Şəhər İcra Hakimiyyətinin təşəbbüsünə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri, Səkinə Babayevanın rəhbəri olduğu Bakı Tekstil Fabriki də qoşulub.

 

Modern.az xəbər verir ki, fabrikin istehsal etdiyi 2000-dən artıq  tibbi maska  Naftalan şəhər könüllüləri tərəfindən .şəhərin mərkəzi küçələrində, əhalinin sıx toplandığı digər ictimai məkanlarda, evlərdə, eləcə də şəhərin Qaşaltı Qaraqoyunlu və Qasımbəyli kəndlərində  sakinlərə paylanılıb. 

 

Həmçinin könüllülər vətəndaşları bir daha  karantin şərtlərinə və gigiyenik qaydalara riayət etməyə, tibbi maska və dezinfeksiyaedici mayelərdən istifadə etməyə, əlləri müntəzəm şəkildə  yumağa dəvət edərək bu infeksiyaya birlikdə qalib gəlməyə çağırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et