Modern.az

Gürcüstan azərbaycanlıları Azərbaycana dəstək aksiyası keçirirlər - FOTO

Gürcüstan azərbaycanlıları Azərbaycana dəstək aksiyası keçirirlər - FOTO

Aktual

16 İyul 2020, 18:43

Gürcüstan-Azərbaycan sərhədindəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi yaxınlığında aksiya keçirilir.

 

Modern.az xəbər verir ki, Gürcüstan azərbaycanlılarının təşkil etdiyi aksiya Azərbaycana dəstək məqsədi daşıyır.

 

Aksiyada son günlər Ermənistanın Azərbaycana qarşı törətdiyi hücumlar və təxribatlar pislənilib.

 

Soydaşlarımız Azərbaycanın haqlı mövqeyini dəstəklədiklərini bildiriblər. Onlar Ermənistanı təcavüzə və təxribatçı əməllərə son qoymağa çağırıblar.

 

Dəstək aksiyasına Azərbaycanla sərhədə yaxın kəndlər və Gürcüstanın digər bölgələrindən olan azərbaycanlılar qatılıblar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok