Modern.az

AŞPA prezidenti Tovuz təxribatı ilə bağlı Sahibə Qafarovaya məktub göndərdi

AŞPA prezidenti Tovuz təxribatı ilə bağlı Sahibə Qafarovaya məktub göndərdi

17 İyul 2020, 19:54

Avropa Şurası Parlament Assambleyasının prezident Rik Daems Milli Məclisin sədri Sahibə Qafarovanın  Ermənistanın Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində təxribat törətməsi ilə bağlı  müraciət məktubuna  cavab göndərib.

 

Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

AŞPA prezidenti bildirib ki, bu məsələ AŞPA-nın müvafiq komitələrinin diqqətinə çatdırılıb. O, komitələrin   yaranmış vəziyyəti yaxından izlədiyinə inandığını bildirib.

AŞPA prezidenti Rik Daemsin Milli Məclis sədri Sahibə Qafarovaya ünvanladığı məktubunda bildirilir ki, AŞPA  tərəfləri gərginlik yaradan və və münaqişəni dərinləşdirə biləcək hərəkətlərdən çəkinməyə çağırır.

 

AŞPA prezidentinin məktubunda daha sonra qeyd edilir:  "tərəfləri ATƏT-in Minsk Qrupu həmsədrləri ilə əməkdaşlığa davam etməyə, münaqişənin sülh yolu ilə həllini tapmağa, mülki şəxslərin təhlükəsizliyini və müdafiəsini təmin etməyə çağırıram".

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et