Modern.az

Velosiped sürən 6 yaşlı uşağı maşın vurub öldürdü

Velosiped sürən 6 yaşlı uşağı maşın vurub öldürdü

20 İyul 2020, 20:58

Quba şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

 

Modern.az xəbər verir ki, qəza iyulun 19-da saat 18 radələrində qeydə alınıb. 

 

Quba şəhəri ərazisində şəhər sakini E.Əliyev idarə etdiyi “VAZ-2104” markalı avtomobillə velosiped sürən həmyerlisi, 6 yaşlı Bəkiri  vurub. Xəsarət almış uşaq xəstəxanaya aparılarkən yolda ölüb.

Quba RPŞ tərəfindən araşdırma aparılır.

 

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et