Modern.az

Beynəlxalq media mütəxəssisi Azərbaycan-Ermənistan sərhədində baş verənlərdən YAZDI

Beynəlxalq media mütəxəssisi Azərbaycan-Ermənistan sərhədində baş verənlərdən YAZDI

Aktual

21 İyul 2020, 12:40

Böyük Britaniyadan olan beynəlxalq media mütəxəssisi Dan Meyson sosial şəbəkə hesabı üzərindən son dövrlə Azərbaycan və Ermənistan sərhəddində baş verən hadisələrlə bağlı fikirlərini paylaşıb. O, Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələrdən narahatlığını bildirib, zorakılıq və insan ölümlərindən dərin kədər və məyusluq hissini ifadə edib:

"Bir çox insanın həyatını çoxdan məhv edən bir qarşıdurmada yaxınlarını itirən ailələrə ürəyim acıyır. Nə üçün? Beynəlxalq siyasətin qaranlıq kölgəsində yenə qan tökülür"- deyə o, bildirib.

Dan Meyson bu hadisələrin fonunda baş verən informasiya müharibəsinə də toxunub: "Etibarlı faktları tapmaq çətindi və arxa hissə mürəkkəbdir. Ancaq bu bəhanə deyil. Siyasi vəziyyəti, təbii qaynaqları və iqtisadi mənzərəni nəzərə alaraq regional xəritəyə bir neçə dəqiqə nəzər salmağınızı istəyirəm. Bu zaman bir çox sualların cavabı Sizə aydın olacaq".

Beynəlxalq mütəxəssis öz paylaşımında müharibədən və münaqişələrdən ən çox uşaqların ziyan çəkdiyini və bütün bunlara səssiz qalmağın düzgün olmadığını da vurğulayıb.

"Hər hansı bir millətdən olan uşağın qəlbində bu qədər böyük acı ilə, kədərlə böyüməsinə razı olmaq, göz yummaq qəbulolunmazdır" - deyə o, bildirib.

Dan Meyson paylaşımını "Dünyanın daha yaxşısına layiq olan hissəsində tezliklə ədalət və sülhün bərqərar olmasını diləyirəm" sözləri ilə yekunlaşdıraraq, Ermənistan silahlı qüvvələrinin iyulun 12-də cəbhənin Tovuz istiqamətində həyata keçirdiyi təxribatın qarşısını alarkən şəhid olmuş Azərbaycan ordusunun çavuşu Vüqar Sadıqovun övladlarının gözüyaşlı fotosunu paylaşıb.

Qeyd edək ki, Dan Meyson 30 ildən çox professional jurnalist kimi Böyük Britaniyanın ən qabaqcıl media qurumlarında çalışıb. Son 10 il ərzində Azərbaycanla yanaşı, Gürcüstan, Qətər, İsrail, Misir, Çin, Abu Dabi, İordaniya, Kipr və Avropa ölkələrində rəqəmsal media təlimləri keçməkdədir. Dan Meyson ölkəmizdə Böyük Britaniyanın Tomson Fondu, British Council və Paşa Bank tərəfindən həyata keçirilən Biznes Jurnalistika Proqramının əsas təlimçisi, 2017-2020-ci illər ərzində isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “İdman Jurnalistikası” magistr proqramının rəhbəri olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər