Modern.az

Milli Məclisin iclası başlayıb - 6 sənəd III oxunuşa çıxarılıb

Milli Məclisin iclası başlayıb - 6 sənəd III oxunuşa çıxarılıb

Aktual

7 Avqust 2020, 11:08

Avqustun 7-də Milli Məclisin növbədənkənar sessiyasının üçüncü iclası keçiriləcək.

Modern.az-ın məlumatına görə, iclasda 6 qanun layihəsi müzakirəyə çıxarılacaq. Əvvəlki iclaslarda II oxunuşda qəbul edilmiş həmin sənədlər  aşağıdakılardı:

“Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi;

“Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi;

“İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi;

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi;

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi;

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.


Bugünkü iclasda sadalanan sənədlər növbədənkənar sessiyanın sonuncu iclasında III oxunuşa çıxarılacaq.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi