Modern.az

“Azərsun Holdinq” Kağız Kombinatını işə salır

“Azərsun Holdinq” Kağız Kombinatını işə salır

Aktual

8 İyun 2012, 18:51

Statistikaya əsasən, 1 ton ofis kağızının istehsalı üçün azı 10 ağac kəsilməlidir. İstifadə edilmiş kağızların yenidən emalı isə minlərlə ağacın, habelə böyük meşələrin xilasını mümkün edə bilər. Bu isə ətraf mühitin mühafizəsi və təbii sərvətlərimizə qənaət etmək deməkdir. Məhz bu səbəbdən, “Azərsun Holdinq ” MMC Kağızın Təkrar Emalı Kombinatı işə salır.

“Təmiz Şəhər ” ASC-dən Modern.az-a verilən məlumata görə, tikilməkdə olan kombinatda müasir texnologiyalara malik şirkətlərin avadanlıqları quraşdırılmaqdadır. Kombinatda qofra karton məhsulları, yazı kağızı və məişətdə istifadə olunan kağız məmulatları ilə yanaşı, bütün kağız növlərinin istehsalı planlaşdırılır. Kombinatda tullantı sularının təmizlənməsi və təkrar istifadəsi də həyata keçiriləcək. Kombinatda xammal təchizatına “Təmiz Şəhər ” ASC, İDEA Beynəlxaq Kampaniyası və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi də fəal şəkildə qoşulub. Belə ki, bu gün “Azərsun Holdinq” MMC, “Təmiz Şəhər” ASC, İDEA Ətraf Mühit Kampaniyası və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin iştirakı ilə ictimaiyyət və mətbuat nümayəndələri ilə görüş keçirilib. Görüşdə bu əməkdaşlığın digər şirkət və müəssisələrə nümunə ola biləcəyi vurğulanıb. “Təmiz Şəhər ” ASC-nin İdarə heyətinin sədr müavini Etibar Abbasov çıxışındda qeyd edib ki, məhz birgə səylər sayəsində təbii sərvətimizi qoruyub saxlamaq və gələcək nəsillərə ötürmək mümkündür. “Vəətəndaş Cəmiyyətində Debat” İctimai birliyinin sədri Şahin Seydzadə isə çıxışında ətraf mühitin qorunmasında gənclərin rolunu xüsusi vurğulayıb. Qeyd edək ki, “Təmiz Şəhər ” ASC və “Azərsun Holdinq”  MMC arasında imzalanmış müqaviləyə əsasən, Balaxanı Bərk məişət tullantılarının Zərərsizləşditilməsi Poliqonunda yığılan bütün kağız tullantıları yenidən emal üçün il ərzində Kağızın Təkrar Emalı Kombinatına təhvil veriləcək.
Modern.az
Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir