Modern.az

Azərbaycanda məhbus qollarını doğradı

Azərbaycanda məhbus qollarını doğradı

12 Avqust 2020, 14:30

Gəncədə məhbus özünə xəsarət yetirib.

 

Modern.az xəbər verir ki, hadisə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq təcridxanasında baş verib.

 

Orada saxlanılan, 1988-ci il təvəllüdlü Vüsal Rəsulov kəsici alətlə hər iki qoluna çoxsaylı  xəsarət yetirib. Təcili xəstəxanaya yerləşdirilən məhbusa ilkin tibbi yardım göstərilib.

 

Faktla bağlı araşdırma aparılır.(APA)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et