Modern.az

Putin və Lukaşenko Belarusdakı vəziyyəti müzakirə etdi

Putin və Lukaşenko Belarusdakı vəziyyəti müzakirə etdi

16 Avqust 2020, 15:41

Rusiya və  Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko arasında növbəti telefon danışığı olub.

 

Modern.az-ın TASS-a istinadən verdiyi məlumata görə,  Putin və Lukaşenko Belarusda prezident seçkilərindən sonra respublikaya xaricdən göstərilən  təzyiqləri nəzərə almaqla yaranmış vəziyyətin müzakirəsini davam etdiriblər.

 

Rusiya tərəfi İttifaq dövlətinin yaradılması haqqında müqavilənin prinsipləri əsasında, eləcə də, lazım olacağı təqdirdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının xətti ilə vacib yardım göstərməyə hazır olduğu təsdiqləyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et