Modern.az

Aleksey Navalnı komaya düşüb - YENİLƏNİB

Aleksey Navalnı komaya düşüb - YENİLƏNİB

20 Avqust 2020, 11:02

Rusiya mətbuatının yazdığına görə, Aleksey Navalnı hazırda komandadır, o, ağciyərlərin süni tənəffüs cihazına qoşulub.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Navalnının mətbuat katibi bunun məqsədli zəhərlənmə ola biləcəyini güman edir:

"Alexeyi çayına nə isə qataraq zəhərlədiklərini güman edirik. Bu, onun səhərdən içdiyi yeganə şey idi. Həkimlər deyir ki, zəhərli maddə qaynar maye vasitəsilə daha tez sorulub".

***

Rusiyanın aparıcı müxalifət lideri Aleksey Navalnı xəstəxanaya – reanimasiyaya yerləşdirilib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, səhər saatlarında o, Tomsk şəhərindən Moskvaya qayıdarkən halı pisləşib. Təyyarə Omsk şəhərinə təcili eniş edib. Navalnı huşsuz vəziyyətdə xəstəxanaya aparılıb.

Köməkçisi Navalnının səhər yalnız çay içdiyini, bir qədər sonra təyyarədə vəziyyətinin pisləşdiyini deyib. Onun zəhərləndiyi güman olunur.

Aleksey Navalnı Rusiyada fəaliyyət göstərən Korrupsiya ilə Mübarizə Fondunun qurucusu, əsas müxalifət lideridir. O, Rusiyada bir neçə dəfə həbs olunub və azadlığa buraxılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et