Bakı şəhərinə yeni hərbi prokuror təyin edilib.
Modern.az-ın məlumatına görə, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb. Baş prokurorun əmri ilə Qarabağ ərazisi üzrə hərbi prokuror, ədliyyə polkovniki Fərid Şükürov tutduğu vəzifədən azad edilərək Bakı şəhər hərbi prokuroru təyin edilib.
Baş Prokuror Kamran Əliyevin digər əmri ilə Zaqatala hərbi prokuroru vəzifəsini icra edən ədliyyə polkovnik-leytenantı Surxay Hüseynov Qarabağ hərbi prokuroru təyin edilib.
Kamran Əliyevin daha bir əmri ilə Füzuli hərbi prokurorunun müavini, ədliyyə polkovnik-leytenantı Elşən Əli-məmmədov Zaqatala hərbi prokuroru təyin edilib.