Modern.az

Rusiyada koronavirusdan ölənlərin sayı 16 mini ötdü

Rusiyada koronavirusdan ölənlərin sayı 16 mini ötdü

20 Avqust 2020, 11:46

Rusiyada son sutka ərzində daha 4 785 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

 

Modern.az xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 942 106 nəfərə çatıb.Son sutka ərzində 110 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 16 099 nəfərə çatıb.

 

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya və Hindistandan sonra dördüncü yerdə gəlir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et