Modern.az

Dövlət şirkətlərinin fəaliyyəti qiymətləndiriləcək

Dövlət şirkətlərinin fəaliyyəti qiymətləndiriləcək

20 Avqust 2020, 13:05

İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyi Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının və Azərbaycan Respublikasının Prezidentı yanında Qeyri-Hökumət  Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  dəstəyi ilə “İctimai xidmətlər göstərən dövlət şirkətlərinin fəaliyyətində şəffaflıq və hesabatlılığın təşkili” layihəsinin icrasına başlayıb.

 

İctimai Birlikdən Modern.az-a verilən məlumata görə, layihənin məqsədi  pandemiya dövründə ictimai xidmətlər göstərən dövlət şirkətlərində şəffaflıq və hesabatlılığın, ictimai nəzarət imkanlarının, həmçinin korruspiyaya qarşı mübarizə tədbilərində ictimai iştirakçılığın artırılmasına yardım göstərilməsidir:

 

“Bu gün ölkəmizin bir sıra sahələrində işlahatlar gedir. Bu layihə çərçivəsində  şəffaflığın təmin olunması, əhaliyə xidmətlər göstərən dövlət şirkətlərinin fəaliyyətində cəmiyyətə informasiya açıqlılığı, qurumların hesabatlılığı, vətəndaş müraciətlərinə baxılması və problemlərin həllinə göstərilən həssaslıq qiymətləndiriləcək. Maliyyə hesabatlılığının ictimaiyyətə açıqlığı  araşdırılacaq, ictimai nəzarət həyata keçiriləcək”.

 

Layihə çərçivəsində Azəriqaz İstehsalat Birliyi,  Azərbaycan Dəmir Yolları QSC və Azərsu ASC-də şəffaflıq və hesabatlılıq səviyyəsinin qiymətləndirilməsi nəzərdə tutulub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et