Modern.az

Çində kömür mədənində partlayış - 7 nəfər öldü

Çində kömür mədənində partlayış - 7 nəfər öldü

20 Avqust 2020, 17:55

Çində kömür şaxtasında partlayış baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə Çinin CGTN telekanalı yerli hakimiyyətə istinadən məlumat yayıb. Hadisə Şandun vilayətində yerləşən kömür şaxtasında qeydə alınıb.

 

Partlayış nəticəsində ən azı 7 nəfər ölüb, 9 nəfər xəsarət alıb. Hadisənin digər təfərrüatları barədə hələlik məlumat verilməyib.

 

Faktla bağlı araşdırmalara başlanılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et