Modern.az

Süni tənəffüs aparatına qoşulan xəstələrin sayı 24-ə endi- FOTO

Süni tənəffüs aparatına qoşulan xəstələrin sayı 24-ə endi- FOTO

20 Avqust 2020, 21:37

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 20-nə olan statistik göstəriciləri açıqlayıb.

 

Modern.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 6 174 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 855 802  test aparılıb. İndiyədək   510  nəfər COVID-19-dan dünyasını dəyişib, 32 511  nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 1 738 nəfərdir. Hazırda 179  nəfər reanimasiyada müalicə alır. 24 nəfər isə süni tənəffüs cihazına qoşulub.

Qeyd edək ki, bu gün Azərbaycanda 139  yoluxma,  148 sağalma faktı qeydə alınıb. Son sutkata koronavirusdan  dünyasını dəyişən olmayıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et