Modern.az

Deputatlar Tovuz və Ağstafada şəhid ailələrini ziyarət etdilər - FOTOLAR

Deputatlar Tovuz və Ağstafada şəhid ailələrini ziyarət etdilər - FOTOLAR

20 Avqust 2020, 21:51

Yeni Azərbaycan Partiyasının üzvü olan bir qrup qadın deputatları Məlahət İbrahimqızı, Fatma Yıldırım və Sədaqət Vəliyeva bu ilin 12-17 İyul tarixində Azərbaycanın  Tovuz rayonu ərazisindəki sərhəd boyu təcavüzkar Ermənistanın ağır  artileriya hücumunun qarşısını alarkən  ağır döyüşlərdə həlak olan Tovuz və Ağstafa rayon şəhidlərinin  ailələrini ziyarət ediblər.

 

Modern.az xəbər verir ki, Tovuz rayon Ağdam və Cəlilli kəndində şəhid baş əsgər Elşad Dönməz oğlu Məmmədovun və şəhid gizir İlqar Ayaz oğlu Zeynallının, Ağstafa rayonu Köçəsgər kəndində şəhid gizir Yaşar Vasif oğlu Babayevin,  Kolxəlfəli kəndi şəhid əsgər Nazim Əfqan oğlu İsmayılovun, Həsənsu kəndində şəhid müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu Elçin Arif oğlu Mustafazadənin,  Göyçəli kəndində şəhid çavuş Vüqar Lətif oğlu Sadıqovun ailələri ziyarət olunub.


Ziyarət zamanı millət vəkilləri Vətən yolunda böyük şücaət və rəşadət nümunəsi ortaya qoyan igidlərimizin ailələrinə başsağlığı verib, dərdlərinə şərik olublar. Hər ailədə qəhrəmancasına həlak olmuş vətın övladlarının əfsanəyə dönmüş həyat hekayələri minnətdarlıqla  anılıb.

 

 

Millət vəkilləri bu kəndlərin əhalisi ilə də görüşüblər. Vətən və dövlət adına belə fədakar oğulların hər kəsin qürur mənbəyi olduğu və  Azərbaycan xalqının onlarla iftixar etdiyi ifadə edilib.

Görüşlərdə hər bir şəhidin adının  şanlı tariximizin qəhrəmanlıq səhifələrinə qızıl hərflərlə yazıldığı vurğulanıb! Cəbhə bölgəsində yerləşən bu kəndlərin 7/77 yaş sakininin hər birinin Ali Baş Komandanın əmrinə hazır olduqlarını və onun arxasında dayandıqlarını bildiriblər.

Şəhid ailələri Prezidentimiz möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə şəhid və Qarabağ qazilərinin ailələrinə olan dövlət qayyğısından ürək dolusu danışaraq, ona təşəkkürlərini bildiriblər. 

 

 

Deputatlar Tovuz rayon ərazisində mənfur düşmənin təxribat xarakterli hücumunun alınmasında Ali Baş Komandanın rəhbərliyi ilə Milli Ordumuzun uğurla həyata keçirdiyi Qisas əməliyyatı haqqında danışaraq, tezliklə işğal altında olan torpaqlarımızın azad olunacağından və üçrəngli bayrağımızın Şuşada,  Xankəndində  qürur və əzəmətlə dalğalanacağı günün çox yaxında olduğunu bildiriblər.  Millət vəkilləri respublikamızın ərazi bütövlüyünün qorunması kimi müqəddəs amal və məqsəd uğrunda qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə yüksəlmiş insanların ailələrini ziyarət etməyin hər bir Azərbaycan vətəndaşının  əsas borcu olduğunu xüsusi qeyd ediblər.

 

 

Şəhid ailəllərinin Ali Baş Komandanın əmri ilə torpaqlarımızın azadlığı üçün onların hər birinin də döyüşə atılmağa hazır olduğunu, dövlətimiz tərəfindən  şəhid ailələri yüksək qayğı ilə əhatə olunduqlarını. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman onlara  olan xüsusi diqqəti və qayğısı unutmayacaqlarını qeyd ediblər.


Millət vəkilləri bir daha Vətənimizin qəhrəman övladları ilə hər zaman qürur duyduqlarını, şəhidlərimizin ruhu qarşısında baş əydiklərini bildiriblər.

 

Twitter
Sizə yeni tvit var
Keçid et