Türkiyədə son sutka ərzində daha 19 nəfər koronavirusdan ölüb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 6 058 nəfərə çatıb:
"Bu gün ölkədə koronavirus testindən keçib, onlardan 1412-nin cavabı pozitiv çıxıb.
Bununla da yoluxanların ümumi sayı 254 520 nəfərə çatıb. Müalicə olunan 882 xəstə isə bu gün evə buraxılıb".