Modern.az

Lavrovla Çavuşoğlu regiondakı vəziyyəti müzakirə etdi

Lavrovla Çavuşoğlu regiondakı vəziyyəti müzakirə etdi

20 Avqust 2020, 22:59

Türkiyə Xarici İşlər naziri Mövlüd Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı keçirib.

 

Modern.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

İkitərəfli münasibətlərlə yanaşı, Liviya və Suriyadakı vəziyyət də müzakirə olunub.



Məlumata görə, öz növbəsində, Rusiya XİN-də bəyan ediblər ki, Lavrov və Çavuşoğlu Liviyadakı böhranın siyasi yolla həllinin alternativi olmadığını qeyd ediblər.

Twitter
Sizə yeni tvit var
Keçid et