Modern.az

Baş Prokurorluq Nərminin qətlini xüsusi nəzarətə götürdü

Baş Prokurorluq Nərminin qətlini xüsusi nəzarətə götürdü

21 Avqust 2020, 14:40

Tovuz rayon Dondar Quşçu kənd sakini Nərmin Quliyevanın qəsdən öldürülməsi ilə bağlı Baş Prokurorluğun istintaq idarəsində istintaqı aparılan cinayət işi Baş prokurorun xüsusi nəzarətindədir.

 

Modern.az-ın məlumatına görə, Baş Prokurorluğun “Instagram” səhifəsində aparılan sual-cavab sessiyasında bildirilib ki, hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Qeyd edilib ki, istintaqın nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et