Modern.az

Ziroat Mirziyoyeva Mehriban Əliyevaya məktub göndərdi

Ziroat Mirziyoyeva Mehriban Əliyevaya məktub göndərdi

Aktual

26 Avqust 2020, 17:38

Özbəkistan Respublikasının birinci xanımı Ziroat Mirziyoyeva Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib.

 

Modern.az xəbər verir ki, təbrik mətnində deyilir:

 

“Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Zati-aliləri birinci xanım Mehriban Əliyevaya

 

Zati-aliləri, hörmətli birinci xanım,

 

Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsində fəaliyyətiniz Sizə əhali arasında böyük hörmət, beynəlxalq arenada layiqli imic və ehtiram qazandırıb.

 

Sizin rəhbərlik etdiyiniz Heydər Əliyev Fondu uzun illər ərzində elm, səhiyyə, mədəniyyət və incəsənət, idman və ekologiya sahələrində həyata keçirilən bir sıra mühüm layihələr sayəsində böyük nüfuz qazanıb.

 

Mən Sizin şəxsinizdə Şərqin gözəl və müdrik, sosial baxımdan fəal və çox yüksək intellektə malik Azərbaycan qadınının parlaq rəmzini görürəm. Xüsusi qeyd etmək istəyirəm ki, Siz təkcə təcrübəli siyasətçi və dövlət xadimi deyil, həm də ölkənin beynəlxalq imicinin möhkəmlənməsi üçün fəal səy göstərən sədaqətli və fədakar şəxsiyyətsiniz.

Həyatınızın bu əlamətdar hadisəsi münasibətilə Zati-alinizə və ailənizin bütün üzvlərinə möhkəm cansağlığı, xoşbəxtlik, sülh və firavanlıq, məsul və nəcib fəaliyyətinizdə böyük uğurlar arzu edirəm”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu