Hazırda axşam pik saatı olduğundan qeyd olunan küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.
Modern.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlt verilib.
Məlumata görə, Z. Bünyadov, H.Əliyev, Tbilisi prospektində hər iki istiqamətdə sıxlıq var.
Bundan başqa Ü.Hacıbəyov küçəsi və Neftçilər prospektində Azneft dairəsi istiqamətində sıxlıq var.
Sıxlıq səbəbindən əksər müntəzəm və ekspres xətlər üzrə avtobusların intervalında gecikmələr yaranıb. Bakı Nəqliyyat Agentliyi bu cür vəziyyətlərdə fərdi avtomobil sürücülərindən xahiş edir ki, avtobusların hərəkətinə imkan yaratsınlar.