Modern.az

Onlayn dərslərə görə hər ailəyə planşet veriləcək? - Rəsmi

Onlayn dərslərə görə hər ailəyə planşet veriləcək? - Rəsmi

4 Sentyabr 2020, 14:34

Təhsil Nazirliyi onlayn dərslərin keçirilməsi üçün məktəbyaşlı uşağı olan hər ailəyə bu qurum tərəfindən bir planşetin veriləcəyi barədə yayılan məlumatlara münasibət bildirib.

 

Modern.az xəbər verir ki, nazirlikdən Trend-ə bu məlumatın doğru olmadığı bildirilib.

 

Pandemiya ilə əlaqədar siniflərdə əlavə partaların qoyulması, xüsusi nişanlarla işarə edilmə və s. kimi dəyişikliklərin edilib-edilməməsinə gəldikdə, TN-dən qeyd edilib ki, hazırda bu məsələ ilə bağlı İşçi qrup tərəfindən hazırlıq işləri aparılır.

 

Nazirlik bu barədə ictimaiyyətə məlumat veriləcəyini də açıqlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı