Modern.az

Rayonlara gediş-gəliş açıldı - icazəsiz sərnişin daşınmasına cəhdlər oldu

Rayonlara gediş-gəliş açıldı - icazəsiz sərnişin daşınmasına cəhdlər oldu

Aktual

8 Sentyabr 2020, 11:22

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunmuş məhdudiyyətlər aradan qaldırılandan sonra hər iki istiqamətdə sərnişin daşınmasına cəhdlər olub.

 

Bunu Modern.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.

K.Əliyevin sözlərinə görə, rayonlardan şəhər istiqamətində hərəkətdə olan 9 avtobus Nəvai postundan saxlanılıb:

“4 avtobus isə Qaradağdan çıxmaq istəyərkən saxlanılıb. Hər bir sürücü barədə inzibati tənbeh tədbirləri görülüb”.

 

Şöbə rəisi qeyd edib ki, məhdudiyyətlər aradan qaldırılsa da, müxtəlif istəqmətlərdə sıxlıq müşahidə edilmir:

“Bütün istiqamətlərdə sərnişin axını aşağıdır, kütləvi gediş-gəliş müşahidə olunmur”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu