Modern.az

80 saylı İmişli-Beyləqan seçki dairəsindəki nəticələrin ləğvində Vilyam Hacıyevin hansı rolu olub? - AÇIQLAMA

80 saylı İmişli-Beyləqan seçki dairəsindəki nəticələrin ləğvində Vilyam Hacıyevin hansı rolu olub? - AÇIQLAMA

8 Sentyabr 2020, 15:00

Xəbər verdiyimiz kimi, hazırda həbsdə olan İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev əfv olunması üçün vəkili vasitəsilə ölkə başçısına müraciət edib. Vilyam Hacıyev müraciətində icra başçısı işlədiyi dövrdə İmişli rayonunda məktəb və uşaq baxçası tikintisi, digər abadlıq və quruculuq işlərini gördüyünü sadalayıb. Onun bu müraciəti cəmiyyətdə birmənalı qarşılanmayıb. 

 

Sabiq icra başçısının sözügedən müraciəti ilə bağlı Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə  Modern.az-a açıqlamasında deyib ki, Vilyam Hacıyev işlədiyi dövrdə ciddi nöqsanlara yol verib:

 

"Həmin siyahı ilə tanış olmuşam. O siyahıda qeyd olunanlardan biri İmişlidə 5 saylı orta məktəbin guya Vilyam Hacıyev tərəfindən təmir edilməsidir. Bu, tamamilə yalandır. Mən və Əsabil Qasımov 10 ilə yaxın İmişli rayonundan deputat təmsil olunmuşuq. Dəqiq bilirəm ki, 5 saylı orta məktəbin tamamilə təmir xərclərini Əsabil Qasımov çəkib. Bilirsiniz ki, Əsabil Qasımov uzun illər biznesmen olub, müəyyən vəsaiti olub. Deputat olandan sonra isə biznesini oğlu idarə edib. Yadımdadır ki, Əsabil müəllim həmin məktəbin təmirinə təxminən 900 min manat pul xərcləyib.

 

Açıklama yok. 


Vilyam Hacıyevin müraciətində uşaq baxçasının da adı keçir. Həmin baxçanı da Əsabil Qasımov tikdirib, bütün lazımı avadanlıqlarla təchiz etdirib. Həmin baxçanın açılışında biz də iştirak etmişik. Bütün İmişli camaatı bilir ki, uşaq baxçasını Əsabil Qasımov tikdirib. O baxçanın tikintisinə Vilyam Hacıyev bir manat belə xərcləməyib. 


Siyahıda qeyd olunan digər məsələ isə İmişlidə bayraq meydanın guya Vilyam Hacıyev tərəfindən salınması ilə bağlıdır. Həmin bayraq meydanının salınması üçün çəkilən xərcin təqribən 50 faizini Əsabil Qasımov qarşılayıb. 


Əlavə olaraq onu qeyd edim ki, Əsabil Qasımovun maliyyəsi hesabına İmişli şəhərinin küçələrinin işıqlandırılması üçün çoxsayda işıq dirəkləri alınaraq rayona gətirilib. Bütün bu işləri Əsabil Qasımov edib, heç kəs öz adına çıxara bilməz". 

 

Açıklama yok.


Çingiz Qənizadə qeyd edib ki, Vilyam Hacıyevin Prezidentə müraciəti onun öz hüququdur:

 

"Hazırda onunla bağlı istintaq işi davam edir. Mənim əlavə fikir bildirməyim istintaqın gedişinə müdaxilə ola bilər. Ancaq onu qeyd edim ki, Vilyam Hacıyev icra başçısı işlədiyi dövrdə iş adamları tərəfindən ona qarşı ciddi narazılıqlar yaranıb. Yəni, rayonda iş adamları tərəfindən görülən işlərin pulları ödənilmirdi. Bu məsələ ilə bağlı mənə də müraciətlər edilirdi. Həmin vaxtı mən Prezident Administrasiyasında oldum, audit təşkil etdirdik, sahibkarların bir çoxunun vəsaitini ödətdirə bildik. Amma orada Vilyam Hacıyevin dövründən yaranan bu cür ziddiyətlər hələ də qalır. Ona görə də hesab edirəm ki, Vilyam Hacıyevlə bağlı istintaq orqanları obyektiv istintaq aparacaq və onun məsuliyyətinin hansı həddə olub-olmamasına istintaq müəyyən edəcək. Allah qapısını açsın!". 

 

Çingiz Qənizadə "80 saylı İmişli-Beyləqan seçki dairəsində seçki nəticələrinin ləğv edilməsində həmin dövrdə icra başçısı işləmiş Vilyam Hacıyevin xüsusi rolu olubmu?" sualını isə belə cavablandırıb:


"Mən seçki ilə bağlı heçnə danışmaq istəmirəm. Bunu araşdırıb üzə çıxarmaq istintaqın səlahiyyətində olan məsələdir".

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir