Modern.az

Türkiyədə son sutkada daha 52 nəfər koronavirusdan ölüb

Türkiyədə son sutkada daha 52 nəfər koronavirusdan ölüb

Aktual

8 Sentyabr 2020, 21:44

Türkiyədə son sutka ərzində daha 52 nəfər koronavirusdan ölüb.

Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 6 782  nəfərə çatıb:

"Bu gün ölkədə  koronavirus testindən  keçən 110 565  nəfərdən 1 761-nin cavabı pozitiv çıxıb.  Bununla da ölkədə koronavirusa yoluxanların sayı  283 270  nəfərə çatıb.

Müalicə olunan  1 093  xəstə isə bu gün evə buraxılıb. Bununla da koronavirusdan sağalanların ümumi sayı 253 245  nəfər təşkil edir".

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi