Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 10-na olan statistik göstəriciləri açıqlayıb.
Modern.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 7 290 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 988 268 test aparılıb. İndiyədək 556 nəfər COVID-19-dan dünyasını dəyişib, 35 269 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 2 049 nəfərdir. Hazırda 138 nəfər reanimasiyada müalicə alır. 14 nəfər isə süni tənəffüs cihazına qoşulub.
Qeyd edək ki, bu gün Azərbaycanda 142 yoluxma, 150 sağalma faktı qeydə alınıb, 1 nəfər dünyasını dəyişib.