Modern.az

Mehman Hüseynov xərçəngə qalib gəldi - FOTO

Mehman Hüseynov xərçəngə qalib gəldi - FOTO

11 Sentyabr 2020, 18:57

Xərçəng xəstəliyindən əziyyət çəkən bloger Mehman Hüseynov əməliyyat olunub.

 

Modern.az xəbər verir ki, bu barədə bloggerin qardaşı Emin Hüseynov mətbuata məlumat verib.

 

Bildirilib ki, M.Hüseynov İsveçrənin Cenevrə xəstəxanasında əməliyyat olunub. Dünən keçirilən 10 saatlıq əməliyyat nəticəsində onun diz nahiyəsindəki şiş götürülüb:

 

"Beləliklə, Mehmanın əməliyyatı uğurlu keçdi, o, xərçəngə qalib gəldi. Burada bir müddət müalicəsini davam etdirdikdən sonra yenidən Azərbaycana qayıdacaq”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?