Modern.az

“Türk Şəhidliyi” abidəsi ziyarət olundu - FOTO

“Türk Şəhidliyi” abidəsi ziyarət olundu - FOTO

Aktual

15 Sentyabr 2020, 15:24

Bakı şəhərinin işğaldan azad edilməsinin 102-ci ildönümü ilə əlaqədar bu gün, yəni sentyabrın 15-də ərazidə xidmətdə olan bir qrup polis əməkdaşı və Daxili Qoşunların hərbi qulluqçuları Şəhidlər Xiyabanındakı Türk Şəhidliyini ziyarət ediblər.

 

 

 

Modern.az xəbər verir ki, onlar Bakının işğaldan azad olunması uğrunda canlarından keçən şəhid türk əsgərlərini ehtiramla yad edib, xatirələrinə ucaldılmış abidənin önünə tər çiçək dəstələri düzüblər.

 

 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada dəhşət yaşanır - Ukraynadan dağıdıcı hücum