Modern.az

Qaxda 2 ton narkotik vasitə məhv EDİLDİ

Qaxda 2 ton narkotik vasitə məhv EDİLDİ

21 Sentyabr 2020, 12:25

Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Fıstıqlı kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

 

Bu barədə Modern.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, ümumi çəkisi 2 ton olan 9 090 ədəd çətənə kolu polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib. 

 

Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi