Modern.az

Şəhərsalma və Tikinti Məcəlləsi qəbul edildi

Şəhərsalma və Tikinti Məcəlləsi qəbul edildi

29 İyun 2012, 13:30

Milli Məclisin bugün keçirilən sonuncu növbədənkənar iclasında müzakirəyə çıxarılan Şəhərsalma və Tikinti Məcəlləsi üçüncü oxunuşda qəbul edilib.

Qanun layihəsi haqda parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O bildirib ki, ikinci oxunuşdan sonra deputatlar tərəfindən səslənən təkliflər nəzərə alınıb və bu dəyişikliklər əsasən tikintisinə icazə tələb olunmayan yardımçı tiklilərin sayının artması ilə bağlıdır. 

Qeyd edək ki, sözügedən qanun layihəsində tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinin hündürlüyü ən çoxu 5 metr, sahəsi 50 kvadratmetr olan bir mərtəbəli yardımçı hüdudlarında həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 3 metr olan quyular, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), hündürlüyü ən çoxu 5 metr, sahəsi ən çoxu 70 kvadrat metr olan kənd təsərrüfatı obyektlərinin, hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla), hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəklərinin, antena qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri qüllələrinin, kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının, tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin, fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin, təmir edilən yol və ya mühəndis-kommunikasiya təminatı xətlərinin, fərdi yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən coxu 3 metr və sahəsi ən çoxu 50 kvadrat metr olan yardımçı tikililərin hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 50 kvadrat metr olan istixanaların və oranjereyaların tikintisi üçün icazə tələb olunmur.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi