Şimali Kipr Türk Cümhuriyyətində Qazi Mağusa ilçəsinin daxilində yerləşən və 46 ildir ki, qapalı qalan Maraş zonasının bir hissəsi ictimaiyyətə açıq elan edilib.
Modern.az xəbər verir ki, bölgənin açılışında xeyli yerli və xarici jurnalistlər, yerli əhali iştirak edib.
Belə ki, təxminən 2 saat ərzində əraziyə mindən çox vətəndaş daxil olub.
Koronavirus pandemiyası ilə əlaqədar müəyyən qadağalar da tətbiq edilib.