Modern.az

Neymar Messinin rekordunu qırdı

Neymar Messinin rekordunu qırdı

10 Oktyabr 2020, 10:01

Fransanın PSJ klubunun futbolçusu Neymar İspaniya "Barselona"sında çıxış edən Lionel Messinin rekordunu qırıb.

 

Modern.az-ın məlumatına görə, 28 yaşlı hücumçu buna Braziliya millisinin heyətində nail olub. Forvard 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsində Boliviya ilə görüşdə 18 uğurlu driblinq edib.

 

Bu, son üç mundialın seçmə mərhələsində ən yaxşı göstəricidir. Əvvəlki rekordu 2011-ci ildə Kolumbiyaya qarşı Argentina yığmasının heyətində Lionel Messi (15 uğurluq driblinq) gerçəkləşdirib.

 

Qeyd edək ki, Braziliya Boliviyanı 5:0 hesabı ilə üstələyib.

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu