Modern.az

Pakistandan Azərbaycana növbəti DƏSTƏK

Pakistandan Azərbaycana növbəti DƏSTƏK

10 Oktyabr 2020, 22:21

"Bu yaxınlarda, Azərbaycanla Ermənistan arasında elan edilmiş atəşkəs sülh və sabitlik üçün müsbət hadisədir. Ümid edirik ki, tərəflərin razılaşdırdığı humanitar şərtlər yerinə yetiriləcəkdir".

Modern.az xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyinin mətbuat katibliyindən verilən açıqlamada deyilir.

"Pakistan inanır ki, iki tərəf arasında davamlı sülhün bərqarar olunması BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tam və hərtərəfli həyata keçirilməsindən və erməni qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasından asılı olacaq. Bu işdə Pakistan qardaş Azərbaycan xalqını dəstəkləməyə davam edəcək", - deyə açıqlamada bildirilir.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu